Kimya və biologiya gecəsi keçirildi

Məktəbimizdə mart ayının təbiət fənn aylığı olması ilə bağlı Solmaz Həsənova və Kəmalə Nəcəfovanın rəhbərliyi ilə kimya-biologiya gecəsi keçirildi. Tədbirdə şagirdlərin maraqlı çıxışları, heyvanların dili ilə insanlara sözün çatdırması, əyləncəli təcrübələri dinləyən hər kəsdə böyük maraq oyatdı. “Oksigenin məhkəməsi” səhnəciyi quruldu, dövri sistem cədvəlinə şagirdlərin gözü ilə baxıldı. Filmdən görüntülərlə bağlı olan viktorina sualları şagirdlərin qrup şəklində fəaliyyətini daha da artırdı. Şagirdlər “Orqanların mübahisəsi” adı altında müzakirə təşkil etdi, balaca “həkimlər” isə insan orqanlarına bənzər meyvə-tərəvəzlərin həmin orqanlara faydası haqqında məlumat verdilər. Dövrü sistemin və elementlərin funksiyasına dair şeirlər söylədilər, mahnılar oxudular. 6 c sinif şagirdi Məhəmməd Mahmudzadə fleytada “Sarı gəlin” mahnısını ifa etdi. Tədbir məktəb şagirdlərinin rəqsi ilə sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi