“Qana boyanan tarix” adlı tədbir keçirildi.
31 Mart azərbaycanlıların soyqırımı günü münasibətilə məktəbdə Nailə Alıyevanın rəhbərlik etdiyi 5a sinif şagirdləri “Qana boyanan tarix” adlı tədbir keçirtdilər.Tədbir Azərbaycanın Dövlət himni ilə açıq elan olundu .Ermənilərin millətimizin başına gətirdiyi soyqırıma aid çıxışlar etdilər,şeirlər söylədilər,Vətənə,soyqırıma aid mahnılar oxudular.Tədbirdə 31 Mart soyqırmından bəhs edən teleçarx nümayiş olundu.Sonda məktəbin direktoru H.N.Verdizadəyə söz verildi.O,bu günün dəhşəti haqqında danışaraq şagirdlərdə vətənpərvərlik ruhunun inkişafına xidmət edən belə tədbirlər keçirməyin önəmini vurğuladı.