“Ən böyük zirvə anadır” adlı tədbir keçirildi.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə müəllim Rövşanə Rzayevanın rəhbərliyi altında 2c sinif şagirdləri “Ən böyük zirvə anadır” adlı tədbir keçirdilər.Tədbirdə şagirdlər anaların, qadınların cəmiyyətdəki rolundan danışdılar, anaların şərəfinə şeirlər söylədilər,mahnılar oxudular. Şagirdlər onu da qeyd etdilər ki, müharibə dövründə ən dəhşətli zərbə Vətən və anaya dəyir. Daha sonra şagirdlər ölməz şairimiz Səməd Vurğunun “Ananın öyüdü” şeirini səhnələşdirərək nümayiş etdirdilər. Sonda məktəbin direktoru H.N.Verdizadə tədbirdə iştirak eləyən müəllimləri, anaları, qadınları, qızları həm 8 Mart, həm də “Yel” çərşənbəsi münasibəti ilə ürəkdən təbrik etdi və hamıya xoş diləklərini arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi