“Xocalı faciəsi və faciəyə gedən yol” mövzusunda”dəyirmi masa” keçirildi.

25 fevral 2017-ci il tarixdə məktəbimizdə Ləman Abbasovanın rəhbərliyi altında 8-ci sinif şagirdlərinin iştirakı ilə “dəyirmi masa”təşkil olundu.“Dəyirmi masa”nın təşkil olunmasında məqsəd 26 fevral 1992-ci ildə Xocalıda Azərbaycan xalqının başına gətirilən vəhşilikləri, amansızlıqları bir daha göz önündə canlandırmaq idi.Şagirdlər Xocalı faciəsi haqqında məlumatlar səsləndirdilər,şeirlər söylədilər və faciəni əks etdirən videoçarx nümayiş olundu.”Dəyirmi masa”da iştirak edən direktor Hürzad Verdizadə Xocalı faciəsinə qədər millətimizin başına gətirilən digər müsibətlərdən-1918-ci il soyqırımından,Sumqayit,1990-cı il 20 Yanvar hadisələrindən ürək ağrısı ilə söz açdı.Digər müəllimlərdən Zülfiyyə Əhmədova və Bahirə Musayeva canlı şahidi olmuş insanlardan eşitdiklərini şagirdlərlə paylaşdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi