“Qana boyanan gecə” adlı tədbir keçirildi.

Bu gün məktəbimizdə Leyla Kərimovanın rəhbərlik etdiyi 7c sinfi 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni vəhşilərinin Xocalıda törətdikləri “qanlı” soyqırıma həsr etdikləri “Qana boyanan gecə” adlı tədbir keçirdilər.Əvvəlcə bir dəqiqəlik sükutla şəhidlərimizin ruhu yad edildi.Daha sonra tədbirdə erməni qaniçənlərinin xalqımızın başına gətirdikləri ağılasığmaz vəhşiliklərdən danışıldı, şeirlər söyləndi, mahnılar oxundu.Şagirdlər xalq şairi Mirvarid Dilbazinin “Xocalı fəryadı” pyesindən hazırladıqları səhnəciyi nümayiş etdirdilər.Xocalı faciəsindən bəhs edən teleçarx nümayiş olundu.Tədbirdə 6c sinfinin şagirdi Zəhra Həsənova Xocalı faciəsinə həsr etdiyi şeiri söylədi.Sonda məktəbin direktoru Hürzad Verdizadə Xocalı fəciəsində xalqımızın başına gətirilən vəhşiliklərdən söz açaraq şəhidlərin qanının yerdə qalmayacağını dönə-dönə vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi