“Ana dilim, şirin dilim” adlı tədbir keçirildi.

Bu gün 21Fevral Beynəlxalq Ana Dili Günüdür.Bu münasibətlə Nazilə Həsənovanın rəhbərlik etdiyi 4a sinfi “Ana dilim, şirin dilim”adlı tədbir hazırlamışdı.Tədbirdə şagirdlər dilimizin zənginliyindən, əsrlər boyu yadellilərin-farsların, rusların əsarətində qaldığı dövrdə çəkdiyi zülmdən söhbət açdılar.Dilimizə aid şeirlər söylədilər, mahnılar oxudular.Böyük şairimiz Səməd Vurğunun “Vaqif” dramından Vaqiflə Qacarın görüşünü səhnələşdirdilər.Bundan əlavə tədbirdə 4b,c,ç sinif şagirdləri arasında ana dilimizə həsr olunmuş şeir müsabiqəsi keçirildi.Qalib gələn şagirdlər 1,2,3-cü yerlərlə mükafatlandırıldılar. Tədbirin sonunda məktəbin direktoru Hürzad Verdizadə həm Ana Dili Gününün mahiyyətindən danışdı, həm də qalib gələn şagirdlərə diplomlar təqdim etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi