Uşaq hüquqları haqqında “Dəyirmi masa” təşkil olundu.
8a sinfinin şagirdləri sinif rəhbəri Pəri Hüseynovanın rəhbərliyi ilə “Dəyirmi masa” keçirtdilər.Girişi Pəri müəllimə öz sözləri ilə açaraq uşaqların cəmiyyətin gələcəyi olduğunu və bu gələcəyi qorumaq üçün Uşaq Hüquqları Konvensiyasının qəbul edildiyini nəzərə çatdırdı.Daha sonra şagirdlərdən Fatimə Ağayevə və Nərgiz Nəcəfova çıxış etdilər.Onlar öz çıxışlarında hüquqların bizə hava,su, qida kimi lazımlı olmasını,bizi hər yerdə müşayiət etməsini söylədilər. Dilbər Talıblı “Bərabərlik hüququ” , Şahin Mürsəlov “Yaşamaq hüququ”,Ayxan İsmayılzadə“Valideynlərlə yaşamaq hüququ”, Zərifə Həbibova “Rəyi ifadə etmək azadlığı”,Kamran Əsədullayev “Fikir, vicdan, din azadlığı”, Fidan Qiyaslı “Analar anası torpağımızdır”,Həcər Həmzəyeva “Şəxsi toxunulmazlıq hüququ” mövzusunda çıxışlar edərək bu konvensiyada nəzərdə tutulan hüquqların fikrindən, dinindən, dilindən asılı olmayaraq, bütün uşaqlara şamil olmasını bir daha vurğuladılar.