"Zəfərə səslənən gün" adlı tədbir keçirildi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-191 nömrəli əmrinə əsasən Anım Günü ilə bağlı məktəbin tarix müəllimi Ləman Abbasovanın rəhbərliyi ilə 9"C" sinif şagirdləri "Zəfərə səslənən gün" adlı tədbir keçirdilər. Məktəbimizin şagirdləri olmuş qazilərin-igid Vətən oğullarının iştirakı ilə keçirilən tədbirə Azərbaycan Dövlət Himninin səsləndirilməsi və bizi qürurlu edən başımızı uca edən, şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladıq. Şagirdlər Azərbaycan əsgərinin igidliyindən, mübarizliyindən söz açaraq qürür yerimiz olan Vətən oğullarına həsr olunan şeirlər səsləndirdilər.
Tədbirin sonunda məktəbin direktoru Rəfail Hüseynov şagirdlərin vətənpərvər ruhda böyüməsində müəllimlərimizin də böyük rolu olmasından danışdı. Vətən müharibəsində iştirak etmiş məktəbimizin qazi şagirdləri Mustafayev Anar, Əsgərli Ayaz, İsmayılzadə Yusif haqqında söhbət açdı. Bunun çox vacib məqam olduğunu vurğuladı. Bu yolda müəllimlərimizə uğurlar arzuladı.