“Qarabağ Azərbaycandır” adlı tədbir keçirildi

Nəsimi rayonu 14№li tam orta məktəbdə Zəfər Gününün ildönümünə həsr olunmuş “Qarabağ Azərbaycandır” adlı tədbir keçirildi.Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə Mamedova açıq elan edərək qonaqları salamlamaq üçün sözü məktəbin direktoru Rəfail Hüseynova verdi. Tədbirdə ikinci Qarabağ döyüşlərindən, şəhid Muxtar Qasımzadə və məktəbin 8”A” sinif şagirdi Musa Musazadənin dayısı Əliheydər Hüseynlidən bəhs edən videoçarxlar nümayiş etdirildi və şəhid valideynlərinə söz verildi.Habelə tədbirdə yazıçı Nurəddin Ədiloğlunun ssenarisi əsasında çəkilmiş “Beşatılan” filmindən kadrlar göstərildi.10 “D” sinif şagirdi Aişə Bilalzadə Xəlil Rzaya məxsus“Mən Azərbaycanlıyam”,10“B” sinif şagirdləri Nuray Məmmədrzayeva Z.İlhamoğluna aid “Nəzrin Alışanlı isə “Nə gözlərdə təlaş, nə canda qorxu” şeirlərini səsləndirdilər.

157№li məktəbin tarix müəllimi Ruslan Ağamalıyeva, hərbi hazırlıq müəllimi Orxan Rəfiyevə və məktəbimizin keçmiş məzunları Hüseynli Anara, İsmayılzadə Yusifə ,Əsgərli Ayaza döyüşlərdə iştirak etmiş qazi olaraq söz verildi.Məktəbimizin musiqi müəllimi Xanım Zeynalovanın müşayiəti ilə xor “Torpağın səsi”, 7 “C” sinif şagirdi Zəhra Əhədzadə “Od nəfəsli, od ürəkli diyarımsan”, 8”C” sinif şagirdi Tarıverdi Tarıverdiyev “Xudayar” təsnifini ifa etdilər.

Tədbir 3”Ç” sinif şagirdi Abdullazadə Duyğu və 5”E” sinif şagirdi Abdullayev Dənizin ifasında “Bayram” rəqsi ilə sona çatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi