Nə qədər çox qayda bilsək, bir o qədər təhlükədən uzaq olarıq
Nəsimi rayonu 14№li tam orta məktəbin ibtidai sinif müəllimi Məhəbbət Səmədovanın rəhbərlik etdiyi 4"A" sinif şagirdləri"Nə qədər çox qayda bilsək, bir o qədər təhlükədən uzaq olarıq" devizi altında tədbir keçirtdilər.Tədbirin keçirilməsində məqsəd şagirdləri yol hərəkəti qaydaları ilə tanış etmək və onların mövzu ilə əlaqəli bilik səviyyəsini nümayiş etdirmək olmuşdur.Şagirdlər onlarla yol nişanının izahını verməklə bunu bir daha sübut etdilər.
Tədbirin sonunda məktəbin direktoru Rəfail Hüseynov çıxış edərək yol hərəkəti qaydalarına əməl etməyin şagirdlər üçün əhəmiyyətindən və bu mövzunun hər zaman günümüzün ən aktual məsələlərindən biri olduğunu vurğuladı