Peşə seçimi
25-26 oktyabr tarixində məktəbin psixoloqu Lalə Ələkbərova 9-cu sinif şagirdləri ilə maarifləndirmə işi apardı.Eyni zamanda şagirdlərlə“Maraqlar xəritəsi”və Kolleclərə peşə seçimi sorğusunu keçirtdi. Seminarda peşəyönümü işinin mahiyyəti,növləri və tipləri haqqında şagirdlərə ətraflı məlumat çatdırıldı.
Peşə seçimi insan həyatının ən çətin və taleyüklü məsələlərindən biridir.Peşə düzgün seçilməyəndə insan ömrü boyu fiziki,mənəvi və psixoloji çətinliklər qarşısında qalır.