Məktəb xalqın mənəvi beşiyidir
Məktəb xalqın mənəvi beşiyidir.Məktəbdə tək yazıb-oxumağı, hesablamağı və müxtəlif elmlərin sirlərini öyrətmirlər. Məktəbdə, həmçinin yaşamağı öyrədirlər.
Bütün bunları bizlərə öyrədən isə mehriban,qayğıkeş,əvəzolunmaz müəllimlərdir.Biz hər zaman ömrünü şam kimi yolumuzda əridən müəllimlərimizə borcluyuq.
Günlər,aylar, illər gəlib keçir.Vaxt-vədə yetişir, ürəkdən istəməsələr də, müəllimlər doğma məktəblə bir gün vidalaşırlar.
Bu hissi, bu anları doğma məktəbimizin dəyərli və əziz müəllimləri də yaşayır. Belə ki, 2021-2022-ci tədris ilinə başlayarkən Paşayeva Xuraman,Qocayeva Tamara, Abdullayeva Gülnarə və Əliyev Mahir yaşları ilə əlaqədar olaraq, məktəbimizlə vidalaşdılar.
Biz də öz növbəmizdə həmin müəllimlərə möhkəm can sağlığı, firavan həyat arzu edirik.Qoy bilsinlər ki, 14№-li tam orta məktəbin hər zaman qapısı onların üzünə açıqdır.Və dəyərli kollektiv onları heç vaxt unutmayacaq, hörmət və ehtiramla xatırlayacaqdır.