“Nizami Gəncəvi”
14№-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə Mamedovanın rəhbərliyi ilə 6“C” sinfində Nizami Gəncəvinin əsərlərinə həsr olunan dərs keçirildi.Dərsdə şagirdlər Nizaminin əsərlərindən məlumat verərək şairin həyatı haqqında,onun fars dilində hansı səbəbdən yazıb yaratmaq məcburiyyətində qalmasından, dünya ədəbiyyatında Xəmsə müəllifi kimi tanımasından və bu poemaların Azərbaycan ədəbiyyatındakı yerindən danışdılar.