“Qarabağ dünən, bu gün və sabah”

Qarabağ və işğaldan  azad olmuş digər bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri,dini ibadətgahları,adət-ənənələri, şifai xalq yaradıcılığı, tanınmış şəxsiyyətləri və s. barədə məlumatların dərslərə inteqrasiyası,müxtəlif layihə  və tədbirlərin təşkili ilə əlaqədar olaraq, məktəbimizin şagirdləri arasında “Qarabağ dünən, bu gün və sabah” adlı rəsm müsabiqəsi təşkil olundu.

Rəsm müsabiqəsində 8”Ç” və 9”Ç” sinif şagirdləri: Məmmədova Fidan  Nurməmməd qızı,Nəsibova Leyla Müşfiq qızı fərqləndilər.Belə ki, onlar çəkdikləri əl işlərində Qarabağın –Azərbaycanın dünənini, bugününü,sabahını müxtəlif rənglər vasitəsilə qabarıq şəkildə əks etdirdilər.

Kollektivimizin adından adı çəkilən şagirdləri ürəkdən təbrik edir,adlarının yüksək səviyyəli rəsm müsabiqələrində çəkilməsini arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi