“Ordum varsa, yurdum var!” adlı vətənpərvərlik mövzusunda tədbir keçirildi

18 may tarixində məktəbimizdə məktəbin hərbi rəhbəri Qəzənfər Babayevin rəhbərliyi ilə “Ordum varsa,yurdum var!” adlı vətənpərvərlik mövzusunda tədbir keçirildi. Tədbirin məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Bu baxımdan tədbirə, əsasən, yuxarı sinif şagirdləri cəlb olunmuşdu. Tədbirdə nizamlı ordumuzun əsasının 1994-cü ildə məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulması qeyd edildi. Qürurla ordumuzun 04 aprel 2016-cı il tarixdə ermənilərin növbəti təxribatının qarşısını şərəflə almasından söhbət açıldı. Vətənpərvərlik şeirləri söyləndi, mahnılar səsləndi. Tədbirdə hərbi rəhbər Qəzənfər müəllim ordumuzun yaranması və inkişafı yolunda Ali baş komandanımız, prezidentimiz İlham Əliyevin əvəzsiz rolundan danışaraq gəncləri vətənpərvər olmağa səslədi. Tədbirin sonunda məktəbin direktoru H.N.Verdizadə çıxış etdi və vətənimiz Azərbaycanın inkişafının məhz gənc nəslin üzərində olduğunu xüsusilə vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi