"Balaca ürək, böyük uğur"

            Bütün dünyanı cənginə alan Covid-19  virusu ilə əlaqədar  olaraq, bir çox ölkələrdə  pandemiya elan olunmuş və karantin vəziyyəti yaranmışdır.Bu vəziyyət bütün sahələrə, eləcə də təhsilə təsir göstərmişdir.Müəyyən  fasilədən sonra təhsil ocaqlarında dərslər  distant formada  keçirilməyə başlamışdır.

            Məktəbimizin 4 "E" sinif  şagirdi Qasımzadə Zeynəb  Asəf qızı distant dərslərdə fəal iştirakına görə digər  şagirdlərdən fərqlənmişdir.Belə ki, o, Avropa Kurslarının  təşkil etdiyi onlayn sınaq-2 imtahanında 657,5 toplamışdıır.Əldə etdiyi yüksək nəticəyə görə 17 yanvar 2021-ci ildə kursun direktoru  tərəfindən  bürünc medala layiq  görülmüş, diplomla təltif  olunmuşdur.

            Biz də məktəbimizin kollektivi adından  bu balaca  qızcığazı ürəkdən təbrik edir, uğurlarının  davamlı  olmasını Allahdan  arzu edir və belə bir şagird yetişdirdiyi üçün 4 "E" sinfinin  sinif rəhbəri Mədinə Cəfərovaya təşəkkürümüzü bildiririk.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi