Mayda əlamətli günlər.
May ayında bir çox əlamətdar günlər var ki, heç vaxt onları unutmaq olmaz.Xüsusən də ulu öndərimiz, ümumimilli liderimiz Heydər Əliyevin doğum günü....Şagirdlər bu dahi şəxsiyyətə aid şeirlər söylədirlər və mahnılar oxudular. Onun Azərbaycan üçün gördüyü işləri əks etdirən video çarxlar izləndi.Eyni zamanda Qarabağ adlı qızıl üzüyün qaşı olan,eyni zamanda"Qafqazım cənnəti"sayılan Şuşa haqqında geniş məlumat verildi.Əlamətdar günlərdən 1-idə 9 may faşizm üzərində qələbə günüdür. Bir qələbənin qazanılmasında bir çox qəhrəmanlarımız həlak oldu.Gəray Əsədov,Hüseyinbala Əliyev,Mehdi Hüseyinzadə, Həzi Aslanov və s. May ayı xalqımıza acılı və şirinli günlər bəxş etmişdir. May ayının gətirdiyi xoşbəxt günlərdən biri də 28 May Respublika Günü kimi daxil olmuşdu. Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir.Heç bir müstəqillik təsadüfü qazanılmır və onu hədiyyə etmirlər. Müstəqilliyə gedilən yol böyük mübarizələrdən keçir.Onu qazanmaq və qorumaq qurban tələb edir. Əldə edilmiş bir azadlıq xalqımızın böyük mübarizəsinin Məmmədəmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürü idi.