Azərbaycan multikulturalizminin öyrənilməsinə həsr olunmuş “Səyyar mühazirələr” layihəsi çərçivəsində 14 №li tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüş keçirildi.

03 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə həyata keçirdiyi Azərbaycan multikulturalizminin öyrənilməsinə həsr olunmuş “Səyyar mühazirələr” layihəsi çərçivəsində Bakı şəhəri üzrə 14№li tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüş keçirildi. Tədbirdə 20 müəllim, 82 şagird iştirak etdi.Görüşü məktəbin direktoru Hürzad Verdizadə açdı. 2016-cı ilin ölkə prezidenti cənab İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunduğunu qeyd etdi. “Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu”nun mətbuat katibi Ceyhun Musa oğlunu şagird və müəllimlərə təqdim etdi.Ceyhun Musa oğlu Azərbaycanda multikulturalizm ilə bağlı mühazirə etdi və sualları cavablandırdı. Ceyhun Musa oğlu Azərbaycanda tolerantlığın inkişafını xüsusilə vurğuladı. Azsaylı xalqların birgə yaşayışı və həmin millətlərin nümayəndələrinin Azərbayacana bağlılığı və Azərbaycanı öz vətənləri hesab etdikləri barədə söhbət apardı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi