"Talan olmuş Xocalı" adlı tədbir keçirildi

            Bu gün 26 fevral Xocalı faciəsinə həsr olunmuş "Talan olmuş Xocalı" adlı tədbiri məktəbin tarix müəllimi Ləman Abbasovanın rəhbərlik etdiyi 5"C" sinfi keçirtdi.

            Tədbir Azərbaycan Dövlət Himni ilə açıldı. Sonra Xocalıdan bəhs olunan teleçarx nümayiş edildi. Şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər,"Sülhə gəlin ey insanlar!","And içirik" və məktəbin musiqi müəllimi Xanım Zeynalova Xocalı faciəsinə bəstələdiyi "Xocalı dağı", "Xocalı" mahnılarını ifa etdilər.

            Şagirdlər Xocalı faciəsinin törənmə səbəblərindən, Xocalıların köməksiz qalmasından urək yanğısı ilə danışdılar. Ölməz yazıçımız Qılman İlkinin Xocalı faciəsindən bəhs edən "İntiqam" adlı  hekayəsini şagirdlər səhnələşdirərək nümayiş etdirdilər.

            Tədbirin sonunda  məktəbin direktoru Nailə Muradova şagirdlərə Xocalı faciəsindən bəzi epizodlar danışdı.Nailə xanım bildirdi ki, biz hörmətli prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək işğalda olan torpağlarımızı geri alacağıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi