"Bu qan yerdə qalmaz" adlı tədbir keçirildi

           26 fevral 1992-ci ildə erməni vəhşiləri Xocalını darmadağın etdilər. Xocalıda misli görünməmiş qətliyam törətdilər.

            Bu gün 26 fevral Xocalı faciəsinin 28-ci ildönümü məktəbimizdə də keçirildi.Məktəbin ibtidai sinif müəllimi Aygün Cəfərovanın rəhbərlik etdiyi 3"D" sinfi Xocalı faciəsinə həsr etdikləri "Bu qan yerdə qalmaz" adlı tədbir keçiritdilər.

            Tədbir Azərbaycan Dövlət Himni ilə açıldı.Sonra Xocalıda eləcə də Azərbaycanımızın müstəqiliyi, azadlığı və bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə ilk öncə Xocalı faciəsindən bəhs edən teleçarx nümayiş olundu.Şagirdər Xocalı faciəsinin başvermə səbəblərindən dinc, müdafiəsiz, köməksiz Xocalıların qətliyamından söhbət açdılar. Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər, və "İgid əsgər","Torpağın səsi","And içirik" mahnılar söylədilər.

            Sonda məktəbin direktoru Nailə Muradova Xocalı faciəsindən söhbət açdı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının gələcəyimiz üçün çox böyük önəm daşımasını iftixarla söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi