"Su Qoruqcuları" adlı II Beynəlxalq ekodərs keçirilib
Aprelin 20-də "Su Qoruqcuları" adlı II Beynəlxalq ekodərs keçirilib. Layihəni məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nihal Hacıyeva 6 və 8-ci sinif şagirdləri ilə həyata keçirdi. Dərsin məqsədi - şagirdlərdə Azərbaycanın su ehtiyatlarına məsuliyyətli davranmanı formalaşdırmaq və gündəlik həyatlarında suyu qoruyub saxlamağı öyrətməkdir. Dərs 3 blokdan ibarət idi: 1-ci Bilik ötürmə bloku, 2-ci Su bələdi adına masaüstü oyun, 3-cü Materialın təsbiti. Dərs prosesinin gedişatı layihə qurucuları tərəfindən bəyənildiyi üçün Nihal Hacıyevaya diplom və məktəbə layihəyə qoşulduğu üçün təşəkkürnamə göndərildi.