Ədəbiyyatşünas alim, yazıçı Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr olunmuş "Xoşbəxt sənətkar" adlı ədəbi-bədii gecə keçirilmişdir
Əməkdar elm xadimi, ədəbiyyatşünas alim, yazıçı, professor Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr olunmuş "Xoşbəxt sənətkar" adlı ədəbi-bədii gecə.Tədbir himn ilə başlayır. Aparıcı M.Cəlalın ədəbiyyatdakı mövqeyindən, həm sağlığında, əsl qiymət aldığından, həm də dünyasını dəyişdikdən sonra da oxucuların qəlbində yaşamasından söhbət açır. Şagirdlərin ifasında M.Cəlalın "Bir gəncin manifesti" romanından bir parça və "Xarici naxoşluq" adlı hekayəyə həsr olunmuş səhnəcik nümayiş olunur. Samirə müəllimə onun hekayə janrı haqqında məlumat verir. Sonra salondakı şagirdlərə hekayələrlə bağlı sual verir. 10-A sinfindən Qasımov Ayxan M.Cəlalın bədii əsərlərinin dili və B.Vahabzadənin Mir Cəlalla bağlı xatirəsini danışır. 7-B sinfi Qasımov Orxan Nəriman Həsənzadənin M.Cəlala həsr etdiyi şeiri, 8-A sinfindən Ələkbərova Atlas Füzulinin "Söz" qəzəlini səsləndirir. Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, füzulişünas alim Zəkulla müəllim çıxış edərək M.Cəlalın "Füzuli sənətkarlığı" monoqrafiyasını təhlil edir.Sonda Xor "Heyratı"nı ifa edir.