“Tarixə yazılan gün” adlı tədbir keçirildi

               Bu gün məktəbimizdə 20 Yanvar faciəsinə həsr olunmuş “Tarixə yazılan gün” adlı tədbir keçirildi.

Tədbiri məktəbin riyaziyyat müəllimi Sevda Mirzəyevanın rəhbərlik etdiyi 7”A” sinfi keçirdi.Tədbir Azərbaycan Dövlət Himni ilə açıldı.

Şagirdlər 20 Yanvar faciəsinin başvermə səbəblərindən,sovet ordusunun dinc əhaliyə silah qaldırmasından, günahsız insanların gülləbaran edilməsindən danışdılar.Sonra şagirdlər 20 Yanvara aid şeirlər söylədilər, mahnılar oxudular. 20 Yanvar faciəsindən bəhs  olunan teleçarx nümayiş olundu.

            Şagirdlər 20 Yanvar faciəsində şəhid olmuş İlham və Fərizəyə həsr etdikləri  səhnəciyi nümayiş etdirdilər. Sonra həmin sinifdə təhsil alan Xanım Rzayevanın atası Rövşən Rzayev həmin hadisələrin canlı şahidi olduğundan şəhid İlham haqqında xatirələrini danışdı.Çıxışdan sonra 6”C” sinif şagirdi Gülbahar İlham və Fərizəyə həsr olunmuş “Şəhidlər” şeirini söylədi. Mahirə Əvəzova  öz bəstələdiyi musiqini pianoda səsləndirdi, musiqi sədaları altında Xanım Rzayeva 20 Yanvar faciəsinə həsr olunmuş şeir söylədi.

7”A” sinif şagirdi Ayan Sədi “Müəllimə” adlı şeir söylədi.Sonra “7A” sinfinin sinif rəhbəri Sevda xanım şagird Əminə ilə birlikdə rus şairi Konstantin Siminovun “Жди меня” adlı şeiri söylədilər.  Tədbir  “Heyratı” sədaları altında bitdi.

 Söz məktəbin direktoru Nailə Muradovaya verildi. Nailə xanım 20 Yanvar faciəsindən, insanların kütləvi şəkildə amansızlıqla qətlindən ürək ağrısı ilə danışdı.

Nailə xanım bildirdi ki, biz hörmətli prezidentimiz İlham Əliyevin ətrafında  sıx birləşərək şəhidlərin günahsız qanları ilə başa gələn azadlığımızı daima qoruyacaq və əbədi yaşadacağıq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi