“Mən ki dərvişəm, padişahi – aləməm” adlı tədbir keçirildi

Hörmətli prezidentimiz cənab İlham Əliyevin sərəncamına əsasən  2019 – cu il “Nəsimi ili “ elan olundu. Bu sərəncama əsasən ölkəmizin hər yerində, eyni zamanda müxtəlif türkdilli ölkələrdə Nəsimi yaradıcılığına həsr olunmuş tədbirlər, bədii gecələr, kitab sərgiləri, kitab yarmarkaları təşkil olundu.

Bizim məktəbimiz də bu silsilə tədbirlər sırasına qoşularaq Nəsimi yaradıcılığına  həsr olunmuş “ Mən ki dərvişəm, padişahi – aləməm” adlı tədbir keçirtdi.

Tədbir Azərbaycan Dövlət  Himn ilə açıldı. Sonra məktəbin direktoru Nailə Muradova gələn qonaqları salamladı.Nəsimi yaradıcılığına müraciət edərək bu böyük dahinin Azərbaycan ədəbiyyatında ana dilimizdə yaranan fəlsəfi şeirin əsasını qoymasından , təkcə bizim ədəbiyyatımıza deyil,eyni zamanda öz yaradıcılığı ilə bütün türk ədəbiyyatına qüvvətli təsirindən danışdı və tədbiri açıq elan etdi. Söz tədbirin aparıcısı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə müəlliməyə verildi.O da öz növbəsində  qonaqları  və bütün tədbir iştirakçılarını salamladı və tədbir başladı.Elnurə müəllimə öncə Nəsiminin həyatından, yaradıcılığından söz açdı.Sonra  söz  xiridarı Nəsimidən bəhs edilən teleçarx nümayiş etdirildi, söz musiqiyə verildi. Məktəbin musiqi müəllimi və eyni zamanda xor dərnəyinin rəhbəri Zeynalova Xanım müəllimin müşayiəti ilə dərnəyin üzvü 5 “A” sinfinin şagirdi İsmayıllı Əsmərin ifasında “Dedi əla nədir “mahnısı ifa olundu.Sonra “Nəsimi “ filmindən bir kadr göstərildi.

 8 “A” sinif şagirdi Məmmədov Nicatın  ifasında “Sığmazam “ qəzəli dinlənildi. Aparıcı müəllimə bu qəzəli şərh etdi. Sonra 11 “B” sinif şagirdi Əli Əmirov Nəsiminin “ Dilbəra”, Ramin Məmmədli “ Ayrılır”, Qasımov Orxan “ Ağrımaz “ qəzəlini, xor “Dərviş” mahnısını ifa etdilər. Kinodan  Nəsimi ilə Əmir Teymurun söhbəti olan kadr göstərildi.Əmir Teymurla Nəsiminin söhbəti olan səhnəcik nümayiş etdirildi.

Daha sonra 8 “A” sinif şagirdləri Nəcəfova Tərgül, Məmmədrzayeva Nuray ,Hüseynova Nigar Nəsiminin  rübailərini ifa etdilər.  “Nəsimi” filmindən Nəsiminin edamı səhnəsi nümayiş etdirildi, Sami Yusifin ifasında “ Sığmazam “qəzəlinə yazılmış mahnı,8 “Ç” sinif şagirdi Aişənin ifasında X.Ulutürkün “ Mən Azərbaycanlıyam “ şeiri səsləndi və 6 “C” sinif şagirdi Tarıverdinin  ifasında “Azərbaycan oğluyam “ mahnısı ifa edildi.

Tədbirin sonunda söz qonaqlara verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi