“Gəlin həmrəy olaq və qış nağılı” adlı tədbir keçirildi

Məktəbin ibtidai sinif müəllimi Süsən Rüstəmovanın rəhbərlik etdiyi 3”B” sinfi “Gəlin həmrəy olaq və qış nağılı” adlı tədbir nümayiş etdirdi.

Tədbir Azərbaycan Dövlət Himni ilə açıldı.Himn bitdikdən sonra şagirdlər saz musiqisinin sədaları altında ölməz şairimiz Səməd Vurğunun “Azərbaycan” şeirini söylədilər.Şagirdlər 31 Dekabr gününün iki böyük önəm daşıdığını vurğuladılar. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu günün əsasını məhz ümummilli liderimiz, ulu öndər Heydər Əliyev qoymuşdur.  Bu barədə geniş məlumat verən şagirdlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününə aid şeirlər söylədilər, mahnılar oxudular, bu günə aid teleçarx nümayiş olundu.

Sonra tədbirə Yeni ilin ən sevimli qonaqları olan Şaxta baba və Qar qız gələrək  uşaqları və bütün tədbir iştirakçılarını salamladılar.Şagirdlər “Şəngülüm, şüngülüm, məngülüm” nağılını nümayiş etdirdilər.Belə ki,31 dekabr təqvim ilinin son günüdür, yurdumuza Yeni il qədəm  qoyur.

Şagirdlər Yeni ilə  aid şeirlər söylədilər  və “Təzə il” mahnısını  ifa etdilər.Tədbirdə Süsən müəllimənin və şagirdlərindən bəhs edən teleçarx nümayiş olundu və Süsən müəllimə öz ürək sözlərini söylədi və görkəmli şairimiz Suleyman Rüstəmin “Azərbaycana gəlsin” şeirini şagirdləri ilə bərabər söylədi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibətilə təbrik etdi. Sonda şagirdlər “Yallı” rəqsini ifa etdilər.

Tədbirin sonunda məktəbin direktoru Nailə Muradova müəllimlərə, şagirdlərə hazırladıqları tədbirə görə təşəkkürünü bildirərək onları həmrəy olmağa çağırdı. Nailə müəllimə söylədi ki, biz azərbaycanlılar harada yaşamağımızdan asılı olmayaraq, həmrəy olub hörmətli prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək bütün problemlərimizi həll edər, işğal altında olan torpaqlarımızı geri alarıq.O, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi.

Tədbir “Yeni il” mahnısı ilə sonlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi