İnsan alverinin qurbanı olma!
Nəsimi rayonu 14№-li tam orta məktəbdə “Dəyirmi masa” keçirildi. Dəyirmi masa“İnsan alverinin qurbanı olma” mövzusuna həsr olunmuşdu. “Dəyirmi masa”nı məktəbin psixoloqu Lalə Ələkbərova hazırlamışdı. 8-ci sinif şagirdləri arasında psixoloq köməkçiləri seçilmişdi. Diskussiyanı psixoloqla birlikdə köməkçilər aparırdı.Video filmlər göstərildi, uşaqlara maarifləndirici və statistik məlumatlar çatdırıldı.Burada 35 nəfər şagird iştirak edirdi.
İnsan alveri bir çox dünya ölkələrində baş verən qlobal hadisədir.İnsan alverinin qurbanları kişi, qadın və həm də uşaqlar ola bilər.İstismara ən çox məruz qalanlar isə gənc qadın və cavan qızlardır.
Bu gün insan alveri öz miqyasına görə silah və narkotik alverindən sonra üçüncü geniş və ən çox gəlir gətirən sahə hesab olunur.
Gəlin maarifləndirək və maariflənək ki, insan alverinin qurbanına çevrilməyək!