"Sosial inklüzivlik" layihəsi

Məktəb beşinci ildir ki, inklüziv təhsilin tətbiqi sahəsində fəaliyyət göstərir. Beş il müddətində onlarla xarici dövlətdən, beynəlxalq və regional qurumlardan nümayəndələr, beynəlxalq ekspertlər, təhsil qurumlarının rəhbərliyi məktəbdə olmuşdur. Görülən işlərlə, məsələnin məzmunu ilə yaxından tanış olan qonaqlar yaratdığımız modeli bəyənmiş tövsiyyələrini vermişlər... Məktəbdə bir inklüziv mühit formalaşmaqdadır. Yuxarı pillələr bu ideyanı mənimsəyərək tətbiqinə hazırlaşırırlar. Sözsüz ki, bu istiqamətdə uğurlu işimizə təkan verən, daim dəsdək olan yuxarı təhsil qurumlarının əməyini qeyd edir, yaddan çıxarmırıq. Respublikamızın yeddi bölgəsində doqquz resurs mərkəzi- müəllimlərin inkişafı mərkəzi yaradılmışdır. Bakıda iki mərkəzdən biri olaraq 138 nömrəli məktəbin müəyyən edilməsinə, bizə etimad göstərdiyinə görə təhsil naziri cənab Ceyhun Bayramova təşəkkürümü bildirirəm. Bu mərkəzdə 138- nömrəli məktəbin müəllimləri ilə yanaşı digər məktəblərin də rəhbərliyinin, müəllimlərinin, psixoloqlarının ... hazırlığı həyata keçiriləcəkdir. Artıq məktəbin müəllimləri məhz inklüziv istiqamətli layihələrdə də özlərini sınamaq qərarına gəliblər. Məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Pikə Əhmədova "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Təhsildə inkişaf və innovasiyalar üzrə üçüncü qrant müsabiqəsi . "Sosial inkluzivlik " layihəsini qazanmışdır. Məktəbdə layihədən irəli gələn silsilə tədbirlər davam edir...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi