“Valideynin məktəbdə bir günü” layihəsi ilə bağlı tədbir

      Dekabrın 19-da 135 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Valideynin məktəbdə bir günü” layihəsinin həyata keçirilməsi ilə əlaqədar 26 noyabr 2019-cu il tarixli F-448 nömrəli əmrin icrasına müvafiq olaraq tədbir keçirilmişdir. Tədbirdə məktəbin valideyn heyəti, müəllimlər və şagirdlər iştirak etmişlər. Layihənin əsas məqsədi  valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığı üçün səmərəli şəraitin yaradılması,təhsil siyasətinin həyata keçirilməsində aktiv iştiraklarının təmin olunması, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin inzibati, pedaqoji heyəti və texniki işçi kollektivi ilə səmərəli ünsiyyət platformasının yaradılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi