"Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması" mövzusunda maarifləndirici dərs keçirilib
Azərbaycanda etnik qrupların, milli azlıqların mədəni müxtəlifliyinin dəstəklənməsi, mədəni irsinin qorunması və təbliği ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Bu məqsədlə məktəbin tarix müəllimi Məhəbbət Tarverdiyev 7 b sinfində "Etnik azlıqların mədəni irsinin qorunub saxlanması" mövzusunda maarifləndirici dərs keçirib. O, şagirdlərə Azərbaycan xalqının bütün dövrlərdə dinindən, dilindən asılı olmayaraq bütün xalqlarla mehriban ailə, dost, qardaş olaraq yaşamalarından bəhs edərək şagirdlərin suallarını cavablandırıb.