"Sağlam mühit və sağlam həyat tərzi" mövzusunda maarifləndirici dərs keçirilib
Məktəbin biologiya müəllimi Afət Mahmudova 7 - ci sinif şagirdləri ilə "Sağlam mühit və sağlam həyat tərzi" mövzusunda maarifləndirici dərs keçirib. Məqsəd şagirdləri sağlam mühit, sağlam həyat tərzi və ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirmək olub. Afət müəllim şagirdlərə sağlam ətraf mühitin insan həyatına ,səhhətinə təsirindən, ekoloji mədəniyyətdən, sağlam həyat tərzinin vacibliyindən danışaraq videoslayd nümayiş etdirib.