20.11.2023-cü il tarixdə məktəbdə növbəti Pedaqoji Şura iclası keçirilib
Pedaqoji Şura iclası məktəbin direktoru Samirə Əliyevanın çıxışı ilə başlandı. O, pedaqoji heyəti salamladı və gündəlikdə duran məsələlərlə bağlı kollektivi məlumatlandırdı.
Gündəlikdə duran əsas məsələlər:
1. Məktəbdə təlim-tərbiyə prosesinin keyfiyyəti.
2. Monitoringlərin nəticələrinin təhlili.
3. Fənn müsabiqələri, fənn olimpiadaları,
LMO -məktəb turunun nəticələri, təhlili və yekunu.
4. Dərsdinləmələrin təhlili nəticələri.
5. Məktəbin rəhbər heyətinin və metodbirləşmə sədrlərinin görülən işlərə dair 3 aylıq hesabatı.
6. İcbari təhsilin təşkili, şagird davamiyyətinə nəzarətin gücləndirilməsi.
7. Valideyn-məktəb əlaqələri, təşkilati işlər, nümunəvi dərslərin təşkili və keçirilməsi, növbətçiliyin təşkili.
8. Cari məsələlər.
Sonda məktəbin direktoru kollektivi qarşıda duran vəzifələrə və verilən tapşırıqlara məsuliyyətlə yanaşmalarını tövsiyyə edərək, işlərində uğurlar arzuladı.