Kitabxanamıza gələn "Yeni kitablar"

    Məktəb kitabxanasının fonduna daxil olan yeni uşaq ədəbiyyatıyla şagirdlər tanış olmuşdur. Fonda 25 adda müxtəlif nəşriyyatların kitabları daxil olub. "Su ilə əyləncə" , "Ulduzlar və qalaktikalar haqqında nə bilirik?" , " İnsan necə insan oldu", "Suxurlar", "Vulkanlar", "Səyyah bilgə", "Həkim bilgə"  və başqa kitablar şagirdlərin marağına səbəb olub. Kitabxana müdiri Ü. Bağırova şagirdlərə söhbət zamanı çatdırıb ki, kitab insanın dünyagörüşünün və bilik  dairəsinin genişlənməsində böyük rol oynayır. Həmçinin kitab təbiətin sirlərini öyrənmək, habelə kosmik fəzanı fəth etmək, elm, sənaye və texnikanı durmadan yüksəltmək vasitəsidir. Uşaqların kitaba, mütaliəyə marağının artırılması məqsədi daşıyan kiçik sərgi balaca oxucularda böyük təəssürat yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi