Sağlam qidalanma mövzusunda xüsusi dərs keçirilib
İdman həftəsi çərçivəsində 01.03.2023-cü il tarixdə məktəbin 6/A sinfində “Sağlam qidalanma” mövzusunda xüsusi dərs keçirilib. Texnologiya müəllimi Xədicə Fərəczadənin təqdimatında keçirilən dərsdə şagirdlərə idmançıların qida rasionu barədə ətraflı məlumat verilib, sağlam qidalanmanın əhəmiyyətindən geniş formada bəhs olunub. Şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb. Onlarla fikir mübadiləsi aparılıb.