"Bir elmi öyrənmək istədikdə sən...."

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nəaliyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan edilib. Bununla əlaqədar olaraq, Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Nuriyyənin 5a və 5b siniflərində Nizami Gəncəvinin-880 illik yubileyinə həsr olunmuş  "Bir elmi öyrənmək istədikdə sən." adlı şeir müsabiqəsi keçirildi. Məqsəd şagirdləri Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsi ilə tanış etmək və istedadlı şagirdləri aşkar etməkdir. Şagirdlər Nizami Gəncəvinin vətənpərvərlik, qəhrəmanlıq, dostluq mövzusunda olan əsərlərindən  parçalar söylədilər.Münsiflər heyəti qalibləri seçərkən ifaya, tərtibata, şəkillərə də qiymət verdilər.Məktəbin direktoru Məhluqə xanım şagirdlərə müsabiqədə iştirakına görə uğurlar dilədi və tövsiyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi