Zəfər səlnaməsinin memarı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 noyabr 2020-ci il tarixli F-512 nömrəli əmrinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24 noyabr 2020-ci il tarixli F-233 nömrəli əmrinin 1.1.bəndinin icrası məqsədi ilə  Aidə Kərimovanın “Zəfər səlnaməsinin memarı” mövzusunda mühazirəsi olmuşdur. Məqsəd Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumat vermək, “44 günlük” zəfər qələbəsini təbliğ etməkdir.Mühazirəçi çıxışında bildirdi ki, Azərbaycan ən qədim tarixə və maddi-mədəni irsə malik olan məskənlərdən biridir. Qədim tarixə malik olan Azərbaycanımızın yeni bir tarixi yazılır. Bu bizim şanlı qələbəmizdir. Bu tarixi Qələbəmiz haqqında hələ uzun əsrlər danışılacaq Qələbə müjdəli xəbərləri ölkə başçımız, Silahlı Qüvəllərin Ali Baş Komandanı Cənab İlham Əliyevdən eşitmək sevincimizə daha da böyük sevinc qatdı.2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqeylərini atəşə tutmağa başladı. Bu hücumların qarşısının alınması məqsədilə rəşadətli Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirdi. Müharibənin başlandığı ilk gündən əsgərlərimizin böyük ruh yüksəkliyi ilə cəbhədə qanları, canları bahasına qazandıqları uğurlar hamısını bir nəfər kimi ayağa qaldırdı.Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsinin zəfərlə bitirdikdən sonra Ali Baş Komandan İlham Əliyevin dərhal işğaldan azad edilən ərazilərimizə səfər etməsi düşmənə daha bir sarsıdıcı zərbə oldu. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şərəflə döyüşüb, qəhrəmancasına şəhid olanların ailəsi də Ali Baş Komandanın bu səfərlərini sevincdən axan göz yaşları ilə qarşıladı. Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün məqsədyönlü,düşünülmüş siyasət həyata keçirdi. Buna görə də “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu. Xalqımızın Müzəffər Ali Baş Komandanının işğaldan azad edilən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Şuşa rayonlarına səfərində yaşadığı böyük sevinc hissi üzlərindən, ğözlərindən oxunurdu. Azərbaycan Prezidenti beynəlxalq KİV-lərə müsahibələrində sanki döyüş meydanlarında, ön sırada dayanaraq mövqelərimizi müdafiə edir, düşmənə bu sahədə də sarsıdıcı zərbələr endirirdi. Prezident İlham Əliyev davamlı yaralı əsgər və zabitlərimizlə, şəhid və qazi ailələri ilə görüşlər keçirdi, onların bütün qayğı və problemlərinin həll olunmasına dair tapşırıqlar verdi. 44 günlük Vətən müharibəsindən sonra dekabrın 10-da “Zəfər Paradı” keçirildi. Bütün dünya ölkələri və işğalçı Ermənistanı müdafiə edən xarici qüvvələr bizim öz tarixi ərazilərimizi azad etməyə qadir olduğumuzun şahidi oldular. Azadlıq meydanında Ermənistan ordusunun döyüş meydanlarında qoyub qaçdığı ağır hərbi texnika və silahların nümayişi bir daha tərəflərin birinin gücünün və qüdrətinin, digərinin isə bu savaşda kapitulyasiya sənədinə imza atmağa məcbur olduğunu təsdiqlədi. Bu zəfər səlnaməsi hələ illər boyu yazılacaq, tarixləşəcək, bu günkü və gələcək nəsillərə örnəkolacaq! Var olsun Müzəffər Ordumuz və Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi