Məktəbdə təlim-tədris prosesinə nəzarət olunur

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.09.2020-ci il tarixli 02-14-640/13 nömrəli əmri ilə təsdiq olunmuş “Xüsusi karantin rejimi dövründə ümumitəhsil müəssisələrində tədris prosesinin təşkilinə dair metodik göstərişlər”ə əsasən məktəbdə təlim-tədris prosesi davam edir. Distant dərslərimiz təsdiqlənmiş cədvəl üzrə davam edir. Cədvəldə tədris planındakı bütün fənlər  və saatlar nəzərə alınmışdır. Təhsilalanların fənlər üzrə həftəlik dərs yükünün miqdarının tam edilməsi və təlim ehtiyaclarının ödənilməsi teledərslər vasitəsilə kompensasiya edilir. Distant formada dərslər “Virtual məktəb” platforması üzərindən  Microsoft Teams proqramı vasitəsi ilə 30 dəqiqə keçirilir. Əyani və distant formada dərslərin keçirilməsinə, şagirdlərin seçdikləri təhsil forması əsasında dərslərə davamiyyətə rəhbərlik tərəfindən nəzarət olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi