Dərslər “Xüsusi karantin rejiminin” təlimatına uyğun keçirilir

Məktəbdə tədris "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrinin tədris planlarının və tədris planına dair qeydlərin təsdiq olunması barədə" Təhsil Nazirinin 04.09.2020-ci il F-394 nömrəli əmrinə əsasən təşkil olunmuşdur. Sentyabrın 15-dən I-IV-cü siniflər həftədə 2 gün əyani, qalan günlər distant, V-IX siniflər distant, X-XI siniflər distant formada təhsil alır. Uyğunlaşdırılmış tədris planı əsasında "Virtual məktəb" üzərindən dərslər davam edir.

Şagirdlərlə əyani formada tədris olunmayan mövzular teledərslər və "Virtual məktəb" platforması üzərindən Microsoft Teams proqramı ilə keçirilən distant dərslər vasitəsi ilə tədris olunur. "Virtual məktəb" üzərindən keçirilən dərslərlə yanaşı şagirdlərin teledərsləri izlənməsi təşviq olunur və əyani formada keçirilən dərslərdə həmin mövzular möhkəmləndirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi