128 N-li məktəbin üzüntüsü

23 noyabr 2019-cu il məktəbin tarixinə yazılan ağır günlərdən birinə çevrildi.Həmin gün ağır yol qəzası nəticəsində səni itirdik,əziz Rəsmiyyə müəllimə.Böyük yaradan alın yazını belə yazıbmış.Bir anda baş verən qəza sənin həyatının sona çatması ilə bitdi.

            Ölüm deyilən bir kabus səni bir andaca həyatdan ayırdı.Gözəl çöhrənə,səmimi münasibətinə yaraşmır bu ayrılıq,əziz kolleqa,mehriban,qayğıkeş müəllimə!

            Ruhun heç zaman doğma balalarından,ailəndən,kollektivindən ayrılmasın.Neçə-neçə qəlblərdə iz buraxdın.Sevimli müəllimə,ruhun şad olsun! Həmişə bizimləsən!

            Valideynlərin,yetirmələrin,doğma kollektivin heç vaxt səni unutmayacaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi