Pedaqoji mühazirə

Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində pedaqoji mühazirələrin keçirilməsi haqqında əmr imzalayıb.Əmrin imzalanmasında məqsəd ümumi təhsil sahəsinə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq,təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübələri təbliğ etməkdir.Əmrə əsasən 2019-cu ildə rayon (şəhər) və ölkə üzrə olmaqla III mərhələdə pedaqoji mühazirələr keçirilmişdir.Belə ki, məktəbmizin ibtidai sinif müəllimi Əkbərova Zəhra Qafil qızı “Müasir tələblər baxımından məktəb-valideyn əlaqələri necə qurulmalıdır?” mövzusunda pedaqoji mühazirədə iştirak edərək, III dərəcəli “Diplom”la təltif olunmuşdur.Məktəbdaxili dinləmə zamanı Əkbərova Zəhra pedaqoji mühazirədə əldə etdiyi təcrübələrini həmkarları ilə bölüşmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi