21 Sentyabr-Beynəlxalq Sülh günü

Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir. 21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.Bugünki gün üçün əsas məqsədlərdən biri 2012-ci ilə kimi 3 milyard insanı bu günə cəlb etməkdir, bu səbəbdən də yaşından, irqindən, milliyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülhə nail olmaq istəyən hər kəsin yardımına ehtiyac var.                        

Bununla əlaqədar şagirdlərdə sülh mədəniyyəti,vətənpərvərlik,adət-ənənələrə hörmət ruhu aşılamaq,onların bədii-estetik səviyyələrini yüksəltmək məqsədilə keçirilən Beynəlxalq Sülh Günündə məktəblilərin əl işlərindən ibarət sərgilər nümayiş olunub,divar qazetləri,bülletenlər,stendlər və guşələr hazırlanıb. Göyərçin sülh rəmzi olduğuna görə şagirdlərimiz havaya göyərçinlər uçurtdular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi