15 Sentyabr-"Bilik günü"

Paytaxtın ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub.

            Hər il olduğu kimi bu ildə N.Nərimanov adına 128 nömrəli tam orta məktəb xüsusi təntənə ilə “15 Sentyabr Bilik günü”nü 16 Sentyabr saat 08:30-da elan edərək yeni dərs ilinə start verdi.

            Tədbirdə Sabunçu rayon İcra hakimiyyətinin İcra başçısının müavini Hüseynzadə Avtandil müəllim iştirak etmiş və məktəblilərə yeni dərs ilində uğurlar arzulamışdır.

Azərbaycan Respublikasının Dövlət himinin səsləndirilməsi ilə başlayan tədbirdə müəssisə rəhbərimiz Əliyeva Sədaqət yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən,təhsil sahəsində aparılan islahatlardan söz açıb,məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlardan bəhs edib.

            Bildirilib ki, ilk dərs məşğələsinin ibtidai siniflərdə “İdman və Sağlamlıq”,V-IX siniflərdə “Mütaliə-mənəvi zənginliyə aparan  yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında”mövzularına həsr olunması şagirdlərin tədris ilinə daha həvəslə başlamasına şərait yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi