Uğurlarınız uğurlarımızdır

             N.Nərimanov adına 128 N-li tam orta məktəbin 2018-2019-cu il üçün növbəti uğurları:

            Ali məktəbə ərizə verən 33 şagirdimizdən 21 nəfəri tələbə adını qazandı.

            Məktəbin XI A sinif şagirdi Əliyeva Maral Habil qızı 2015-2016-cı tədris ilində Azərbaycan dili fənnindən Respublika Olimpiadasında II yeri tutaraq gümüş medala layiq görülmüşdür.2018-2019-cu tədris ilində  XI sinfi qızıl  medalla və Xüsusi Nümunəli fərqlənmə attestatı ilə  bitirmişdir.

            Həmin sinfin şagirdi Quliyeva Fəridə on birinci sinfi fərqlənmə attestatı ilə başa vurmuşdur.

            Təqdim etmə mərasimində Direktor icraçısı Kazımova Ülviyyə,Tədris işləri üzrə direktor müavini Muxtarzadə İradə,Təlim-təriyə işləri üzrə direktor müavini Əliyev Cavanşir,XI A sinif rəhbəri və Azərbaycan dili-ədəbiyyat müəllimi Rəhmanova Solmaz,hər iki məzunun ibtidai sinif müəllimi Kazımova Esmira iştirak etmişlər.

            Şagirdlərimizə gələcək təhsil illərində uğurlar.Məzunların hamısına təhsil alacaqları ali təhsil müəssisələrinin seçilən tələbəsi olmağı arzulayırıq.

            Şagirdlərimizin uğurlarında əməyi keçən müəllimlərimizə sonsuz minnətdarlığımızı bildiririk.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi