Olimpiada qalibimiz

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub. Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə  274 nəfər qalib elan olunub.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

                2019-cu il də məktəbimiz üçün uğurlu olub.VIII sinif şagirdi Zeynalov Ərrəhman  Sadiq oğlu Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə III yeri tutaraq bürünc medala yiyələnib.

Son üç ildə məktəbimizin şagirdləri Respubliika Fənn Olimpiadasında müxtəlif əyarlı medallar qazanırlar.2017-2019-cu illərdə 1 qızıl,1 gümüş və 2 bürünc medal qazanılıb.

2017-ci ildə 9-cu sinif şagirdi Əliyeva Maral Habil qızı Azərbaycan dili və ədəbiyyat üzrə gümüş,11-ci sinif şagirdi Əliyeva Nərmin Habil qızı Azərbaycan dili və ədəbiyyat üzrə bürünc,2018-ci ildə 8-ci  sinif şagirdi Abdullayev Tural Xanhüseyn oğlu kimya fənni üzrə qızıl və 2019-cu ildə 8-ci sinif şagirdi Zeynalov Ərrəhman Sadiq oğlu coğrafiya fənni üzrə bürünc medal qazanıb.

Şagirdlərimizə gələcək təhsil həyatında uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi