N.Nərimanovun 149 il dönümünə həsr olunmuş konfrans

Məktəbimizin akt zalında N.Nərimanovun anadan olması münasibətilə elmi-praktiki konfrans keçirildi.

Konfransda məktəbin müxtəlif sinif şagirdləri,müəllimlər iştirak edirdi.

Tədbir N.Nərimanovun həyat fəaliyyətini əks etdirən video-rolik göstərilməsi ilə başladı.

Bundan sonra məktəbin tarix müəllimi Cəfərov İsfəndiyar Nərimanovun ictimai xadim kimi Azərbaycan xalqı üşün gördüyü işlərdən danışdı.Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Rəsulzadə Cəvahir N.Nərimanovun ədib kimi yaradıcılığından danışdı.Onun əsərlərində toxunduğu məsələlər haqqında ətraflı məlumat verdi.Konfransın sonunda məktəbin təşkilatı işlıır üzrə direktor müavini Əliyev Cavanşir şagirdlərə mövzu ilə bağlı müəyyən tövsiyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi