Fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb.Belə ki,məktəbimizin 8 a sinif şagirdi aşağı yaş  qrupunda Zeynalov Ərrəhman Sadiq oğlu coğrafiya fənni üzrə final mərhələsinə vəsiqə qazanıb.

Nəticələrə əsasən, fənn olimpiadalarının final mərhələsinə 574 şagird vəsiqə qazanıb. Respublika fənn olimpiadalarının final turu may ayında keçiriləcək.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının birinci-rayon(şəhər) mərhələsi fevralın 3-də keçirilib. Bilik yarışında 32 986 nəfər 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak edib.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib. I turdan Respublika mərhələsinin yarımfinal turuna 10 şagirdimiz vəsiqə qazanııb.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi