Məktəbimizin Novruz şənliyi

19 mart 2019-cu il tarixində məktəbimizin ibtidai sinif müəllimi Əmirova Vəfa və musiqi müəlimi Nuriyeva Çiçək tərəfindən “Novruz xalq bayramıdır” adlı tədbir keçirmişlər.Tədbirdə IV c sinif şagirdlərimiz müəllim və valideyn kollektivinin ovqatını yüksəldiblər. Məktəb pedaqoji kollektivinin,valideyn və şagirdlərin iştirak etdiyi tədbirdə şagirdlərimiz xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında müəllimlərə suallar vermiş cavablar ilə  geniş məlumatlandırılmışlar,hətta müəllimlərimiz tərəfindən bildirilib ki, bu bayramın qədim adət-ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruzun dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsi milli birliyin nişanəsidir.

Tədbirlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb.

Bayram şənliyində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirlərə rəngarənglik qatıb.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi