"Fəxri Fərmanlı" müəllimimiz

Fətullayeva Elmira Firudin qızı 28 fevral 1956-cı ildə Maştağa qəsəbəsində anadan olmuşdur.1963-cü ildə qəsəbədəki 209 saylı orta məktəbin  I sinfinə daxil olub və 1977-ci ildə SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstutunun  fransız  -ingilis fakultəsinə daxil olub və 1982-ci ildə İnstitutu bitirib.5 illik ali təhsil illərində yay əmək semestrində və təhsildə fərqləndiyinə görə 6 fəxri fərmanla təltif edilib.Respublika tələbə elmi cəmiyyətinin üzvü olub,fransız dilindən və Azərbaycan tarixindən 2 elmi işi olub və yazdığı iş I və II yerə layiq görülüb.

1993-cü ildən N.Nərimanov adına 128 saylı orta məktəbin fransız,ingilis dili müəllimi işləyir.Onun dərs dediyi şagirdlərdən 7 nəfəri ADU-nin fransız dili fakultəsini bitirib.Bunlardan Vəliyeva Çimnaz,Abdulrəhimova Səadət,Cabarova Əfsanə,.Hüseynov Rasimi və s.göstərmək olar.Vəliyeva Çimnaz Azərbaycan Avropa Cəmiyyətinin üzvü və 20 əsərin fransız dilindən Azərbaycan dilinə tərcüməçisidir.

                Ailəlidir,4 övladı,7 nəvəsi var.2016-cı ildə məktəbin müdiriyyəti tərəfindən “Fəxri Fərmanla” təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi