"20 yanvar faciəsindən 29 il ötür" Anım tədbiri

Məktəbimizdə 20 Yanvar faciəsinin 29-cu ilinə həsr olunmuş anım tədbiri keçirilib.Tədbir məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Bağırova və Musiqi müəllimi Nuriyeva Çiçək müəllimin rəhbərliyi altında keçirilib.Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar faciəsində rəşadət göstərmiş oğul və qızlarımızın-şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şagirdlərimizin ifasında “Məndən ötdü qardaşıma dəydi” kompazisiyası nümayiş etdirildi.Şagirdlər Şəhidlərə həsr olunmuş şeirlər,mahnılar söylədilər.

Tədbirin sonunda direktor müavini Əliyev Cavanşir şagirdlərin belə mövzulara həssas yanaşmasını yüksək qiymətləndirdiyini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi