Ömrünün 40 ilini şagirdlərə həsr etmiş Azərbaycan dili və ədəbiyyat müəllimimiz

Novruzova Suğra Əjdər qızı 1954-cü ilin oktyabr ayının 5-də Bakının Maştağa qəsəbəsində anadan olmuşdur.Kiçik yaşlarından təhsilə böyük maraq göstərmişdir.1961-1965-ci illərdə qəsəbədəki 127 N li ibtidai məktəbdə,1965-1969-cu illərdə 209 №li 8 illik məktəbdə,1969-1971-ci illərdə 187 № li tam orta təhsil almışdır.1972-ci ildə ADU-nun ( indiki BDU-nun ) filologiya fakultəsinə qəbul olmuş və 1979-cu ildə ailə həyatı qurmuşdur.Həmin ilin avqust ayında 128 №li məktəbdə işə qəbul olunub.Hal-hazırda həmin məktəbdə dil-ədəbiyyat müəllimi işləyir.Suğra müəllimənin ailəsində 4 uşaq dünyaya gəlib.4-ü də bu məktəbdə təhsil alıb və respublikamızın ali məktəblərinə qəbul olunublar.Oğulları Samir və Əjdər ATU-nu ( tibb) və ADİU-nu (iqtisad) bitirmiş,həkim və biznesmen ixtisasına yiyələnmişlər.Qızları Gülşən və Rəhimə ADPU-nu bitirib müəllimlik ixtisasına yiyələniblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi