Məktəbimizin XI sinif şagirdi ilə tanışlıq

Mən, Maral Habil qızı Əliyeva 12 yanvar 2002-ci ildə Bakı şəhərində anadan olmuşam.2008-ci ilin sentyabr ayında Bakı şəhəri 128 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşam.Hal-hazırda həmin məktəbin 11-ci sinfində təhsil alıram.

Ailəmiz 4 nəfərdən ibarətdir:

Atam-Habil Əli oğlu Əliyev 1968-ci ildə anadan olmuşdur.Hal-hazırda şəxsi ticarət ilə məşğuldur.

Anam-Ulduzə Cəfər qızı Əliyeva 1978-ci ildə anadan olmuşdur.Evdar qadındır.

Bacım-Nərmin Habil qızı Əliyeva 1999-cu ildə anadan olmuşdur.Hal-hazırda Azərbaycan Dillər Universitetində oxuyur.

Məktəbdə oxuduğum illərdə əlaçı olmuşam.9-cu sinifdə Respublika fənn Olimpiadasında  Azərbaycan dili fənni üzrə gümüş medala laiq görülmüşəm. ”Ədəbiyyat biliciləri” müsabiqəsində, rəsm və inşa müsabiqələrində iştirak etmişəm.

Hal-hazırda riyaziyyat –iqtisadiyyat təmayüllü I-II qruplar üzrə ixtisaslaşmış XI sinifdə təhsil alıram.Məqsədim I qrup memarlıq ixtisası üzrə ali məktəbə qəbul olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi